Madrid “Real”ının yarımmüdafiəçi Anhel di Mariyaya qış “transfer pəncərəsi” zamanı komandanı tərk etməyə qadağa qoyulub. Futbolinfo.az xəbər verir ki, rəhbərlik digər futbolçuların zədələnmə ehtimalından qorxaraq belə bir qərar qəbul edib.
 
Qeyd edək ki, di Mariya əsas heyətdə daimi yeri olmadığına görə komandadkı vəziyyətindən narazı idi və son günlər onun “Monako”yla danışıqlar apardığı deyilirdi.
Shares: