"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 17-ci turunda qarşılaşacağı "Rəvan"la oyunun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, cənub klubu bu görüşə paytaxtda hazırlaşır.
 
Mustafa Dənizlinin çalışdırdığı komanda bu gün Tofiq Bəhramov adına Respublika stadionunda ilk məşqə çıxıb. "Ağ-yaşıllar" bu görüşə tam heyətlə hazırlaşa bilmir. Belə ki, "İnter"lə oyunda zədələnən Manuel Skarlatake komandadan ayrı məşq edib. Rumıniyalı mərkəz müdafiəçisi yalnız yüngül qaçışla kifayətlənib. Onun növbəti oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı.
 
Cənub təmsilçisinin paytaxtdakı hazırlığı bu gün başa çatır. Komanda günortadan sonra doğma diyara yollanaraq məşqlərini orada davam etdirəcək.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" – "Rəvan" matçı dekabrın 15-də Lənkəranda keçiriləcək.  
Shares: