"Qalatasaray" klubunun yarımmüdafiəçisi Felipe Melo Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu axşam qarşılaşacaqları "Yuventus"la oyunöncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan braziliyalı futbolçu komandasının qrupdan çıxacağına inandığını bildirib:
 
"Yuventus" "Real"la bərabərə qalarkən, hər kəs onların qrupdan çıxacaqlarını deyirdi. Lakin biz də qrupan çıxa bilərik. Bunun üçün də evdə qələbə qazanmalıyıq. Hər şey öz əlimizdədi. Rəqibə hörmətlə yanaşırıq. Onlar güclü rəqibdi. Ancaq biz də istəyimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik".
 
Qeyd edək ki, "Qalatasaray" – "Yuventus" matçı bu axşam 23:45-də başlayacaq.
Shares: