"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Luiş Nani karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, "Atletiko" (Madrid) klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdı.
 
Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone yanvardan 27 yaşlı futbolçunu komandasında görmək istəyir. Lakin Nani ilə "Yuventus" və “Qalatasaray”ın da maraqlanması "Atletiko"nun işini çətinə salıb.
 
Yarımmüdfiəçinin dəqiq qərarını qış fasiləsində verəcəyi gözlənilir.
Shares: