Futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionunda mübarizə aparan və ağır günlərini yaşayan “Kəpəz”i daha bir futbolçu tərk edib. Futbolinfo.az xəbər verir ki, bu, yarımmüdafiəçi Kamran Babayevdi.
Bu barədə "Xəmsə" fan-klubunun saytına müsahibəsində futbolçu özü məlumat verib: "Məşqçi ilə problemim oldu. Ona görə də “Kəpəz”də oynamaq istəmirəm. Bas məşqçi futbolçuya inanmırsa, orada qalmağın mənası yoxdu.
Babayevin sözlərinə görə, problem onun xəstələnməsindən sonra yaranıb: "Son günlərdə məşqə çıxa bilmirdim. Çox halsızlaşmışdım, şiddətli öskürurdum. 3 gun qabaq halım pisləşdi, həkim çağırdıq, müayinə və müalicə etdi. İndi yaxşıyam. Ancaq məşqiçimiz mənim belə ciddi xəstələnməyimə inanmırdı. Allah razı olsun. Ona işində uğurlar arzulayıram. Klubdan transfer vərəqəmi istəmişəm. Bas məşqçi ilə danışdım, veriləcəyini dedi. 1-ci dövrədən sonra “Kəpəz”lə yollarımızı ayıracağam. 3-4 klubdan təklif almışam. Əvvəlcədən heç nə demək istəmirəm. Zaman göstərəcək".





