"Barselona" klubunun müdafiəçisi Xerard Pike karyerasını yenidən Mançesterdə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bu dəfə onunla sabiq klubu “Mançester Yunayted” yox, şəhərin digər təmsilçisi "Mançester Siti" maraqlanır.
“Şəhərlilər”in baş məşqçisi Manuel Pelleqrini 26 yaşlı futbolçunu yanvardan komandasında görmək istəyir. Bir tərəfdən də "Barselona" rəhbərliyi də futbolçu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Qeyd edək ki, Pike 2004-2008-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.





