Rusiyanın "Rubin" komandası Avropa Liqasının qrup mərhələsi çərçivəsində son matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Kazan təmsilçisi səfərdə Belçikanın "Sulte-Varegem" komandası ilə qarşılaşıb.
 
Qarşılaşma 2:0 hesabıyla "Rubin"in xeyrinə başa çatıb.
 
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov da bu görüşün iştirakçısı olub. O, qonaqların əsas heyətdə meydana çıxıb. Lakin o, ilk hissədən sonra, fasilədə əvəzlənib.
 
Qeyd edək ki, Kazan klubu bu görüşdən öncə pley-off mərhələsinə vəsiqəni təmin etmişdi. 
Shares: