“Neftçi”nin yarımmüdafiəçisi Flavinyonun futbolinfo.az saytına müsahibəsi
– Son turda komandanız prinsipial rəqibi “Qarabağ”a məğlub oldu. Öncə bu oyun haqqında fikirlərinizi bildirərdiz…
– Rəqibimiz çox yaxşı komandadı. Orada yaxşı yerli ve legioner futbolçular var. Bizim komanda da yaxşı futbolçulardan qurulub. Sadəcə, bizdə bir mövsümdə 3 məşqçi dəyişildi. Bu, çıxışımıza təsirszi ötüşmədi. Lakin "Neftçi" yaxşı komandadı və inanıram ki, oyunumuzu tapıb zirvəyə qayıdacağıq.
– Çempionluq yarışında belə böyük zərbə almağınıza nə səbəb oldu?
– “Qarabağ” 3 qol vurdu və normal şəkildə qələbə qazandı. Rəqibimiz meydanda bizdən üstün idi. “Qarabağ” hesabı 2:1 edəndən sonra biz daha çox hücum etməyə başladıq. Rəqib də bizim irəli atılmağımızdan istifadə edib 3-cü qolu vurdu və bu da sonda belə məğlubiyyətə gətirib çıxardı.
– “Qarabağ” 3 qol vurdu və normal şəkildə qələbə qazandı. Rəqibimiz meydanda bizdən üstün idi. “Qarabağ” hesabı 2:1 edəndən sonra biz daha çox hücum etməyə başladıq. Rəqib də bizim irəli atılmağımızdan istifadə edib 3-cü qolu vurdu və bu da sonda belə məğlubiyyətə gətirib çıxardı.
– Bu məğlubiyyət komandanıza nə dərəcədə zərbə vurdu?
– Məncə, elə bir ciddi zərbə vurmayıb. Qarşıda çox oyun var. Ötən mövsüm də ilk oyunlarda “Qarabağ” bizi məğlub etmişdi. Amma son 3 oyunda biz qalib gəldik və həm çempion olduq, həm kuboku qazandıq.
– Azərbaycana yeni gələndə və ondan sonrakı illərdə çox yaxşı çıxış edirdiz. Amma son iki ildə həmin Flavinyonu görə bilmirik. Bunun səbəbi nədi?
– Mən fərqli düşünürəm. Sadəcə, məndə bir ara yorğunluq oldu. “Neftçi” Azərbaycanın flaqmanıdı. Ona görə də daim güclü oynamalıdı. Mən bu komanda üçün əlimdən gələni edirəm. İlk illər gələndə Azərbaycanda rəqabət bu qədər güclü deyildi və oynamaq çox rahat idi. Amma hal-hazırda daha çətindi. Buna görə də daim yüksək səviyyədə oynamaq mümkün deyil. 1 il bundan öncə biz Avroliqada oynayırdıq. Daha çox şeylər edirdik. “Neftçi”nin uğuru Azərbaycanın uğuru idi. Ona görə də belə böyük komandada daim sabit oynaya bilməzsən. Avroliqada oynayarkən daha çox yorğun olurduq. Yüklənmələr bizə təsir edirdi. Mən komandam üçün qollar vurmaq istəyirəm, bunun üçün hər şey edirəm. Amma bəzən elə olur ki, alınmır.
– Məşqçi dəyişikliklərinin komandaya pis təsir etdiyini dediz. Böyükağa Hacıyevin gedişi “Neftçi”ni zəiflətdi?
– Onlar haqqında danışa bilmərəm. Bu, rəhbərliyin işidi.
– İndi komanda 3-cü yerdədi. Bu, futbolçulara təsir edirmi?
– Əlbəttə, təsir edir. Amma ruhdan düşmək lazım deyil. “Neftçi” həmişə liderliyə layiq komandadı. Ötən il biz hətta 5-ci yerə qədər enmişdik. Sonda isə çempion olduq.
– Növbəti turda “Qəbələ”yə qarşı oynayacaqsız. Məhz bu komanda son turda ikinciliyi sizin əlinizdən almışdı…
– Syominin gəlişindən sonra “Qəbələ” çox güclənib. Təsadüfü deyil ki, onlar ikinci pillədə qərarlaşıblar. Amma biz bu oyunu doğma meydanda, azarkeşlərimiz önünüdə oynayacağıq. Ona görə də 3 xal üçün meydana çıxacağıq. Qarşıda “Qəbələ” və AZAL kimi komandalarla oynamalıyıq. Bu oyunların hər ikisində qalib gəlməliyik. “Qarabağ”ın isə qarşıda iki derbi matçı var. Onlar həm “Bakı” ilə oyunda, həm də “İnter”lə matçda xal itirə bilərlər. Biz isə hər iki oyunda qalib gəlib lider ola bilərik.
– “Neftçi”də yeni transferlərə ehtiyac varmı? Məsələn, elə sizinlə tandem təşkil etmək üçün yeni oyunçu lazımdı?
– Mən Rəşad Sadiqovla çox yaxşı anlaşıram. Onunla oynamaq mənə xoşdu. Biz 4-cü dəfə çempion olmaq istəyirik. Buna görə də hər necə olsa, bacardığımızı etməliyik. Yeni futbolçular məsələsinə isə Nazim Süleymanov qərar verəcək.
– Nazim Süleymanovun “Neftçi”dən gedəcəyi barədə söhbətləri dolaşır…
– Mən bu barədə bilmirəm və danışmaq istəmirəm. Amma o, yaxşı məşqçidi. Bir oyunda uduzduq deyə kimisə ittiham etmək olmaz. Hamımızın səhvi var və baxıb nəticə çıxarmalıyıq. Qarşıdakı iki turda qalib gələcəyik və hər şey düzələcək.
ELSEVƏR





