Bu gün "Four Seasons" otelində Premyer Liqanın noyabr ayının ən gözəl qolunun müəllifi və ən yaxşı oyunçusunun mükafatlandırma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə rəsmilərlə yanaşı KİV nümayəndələri və "İnter"in şərəfini qoruyan Vaqif Cavadov iştirak edib.
Elnur Abdullayev Lənkərandakı hava şəraiti ilə əlaqədar tədbirdə iştirak edə bilməsə də, onun qolu ayın ən gözəl seçildiyi üçün 1000, Vaqif Cavadov isə 1500 manat qazanıb. Daha sonra "İnter"in şərəfini qoruyan futbolçu jurnalistlərin suallarını cavablandrıb.
– Əminiz İsgəndər Cavadov mətbuata verdiyi açıqlamada Foqtsa səs verəcəyini demişdi. Siz necə düşünürsüz?
– Bu barədə neçə aydı ki, müzakirələr gedir. Mən həmişə demişəm ki, nəticəyə baxsaq, baş məşqçi qalmalıdı. Yeni baş məşqçinin gəlməsi bizim səlahiyyətimizdə deyil. O ki, qaldı əmimim fikrinə, bu, onun şəxsi fikridi. Məşqçi kim olursa, olsun komanda növbəti dəfə yaxşı nəticələr üçün meydana çıxmalıdı.
– Son aylarda yerli futbolçular ayın futbolçusu seçilir…
– Bu, sevindirici haldı. Yəqin ki, yerli futbolçular öz oyunlarını tapıblar. Arzu edirəm ki, növbəti aylarda da yerli futbolçular seçilsin. İnanıram ki, növbəti illərdə də yerli futbolçular uğur qazanacaq. Çünki bizim futbolumuzu onlar qaldırar.
– Həm "İnter", həm də Vaqif irəliləyişdədi. Həm özünüzün, həm də komandanın planları barədə bilmək istərdik…
– Hamı üçün yaxşı və pis mövsüm olur. Komandamız yaxşı mövsüm keçirir. Əvvəllər çoxlu məğlubiyyət alsaq da, indi özümüzə gəlmişik. Planımız mövsüm sonunda ən azı ilk üçlükdə olmaqdı. Lakin hədəfimiz çempionluqdu. Avroliqaya vəsiqə qazanmağa çalışacağıq.
– Bir çox yerli futbolçulara müəyyən təzyiqlər olduqda psixolji gərginlik keçirirlər. "İnter"ə keçdiyində azarkeşlər səndən narazı idi, ama indi ən yaxşılardansan…
– Hər bir futbolçuda yüksəliş də olur, eniş də. Əsas odu ki, insanın ətrafındakılar ona dəstək verir. Mənim ən sevdiyim futboldu. Mən çalışmışam ki, klubuma və milli komandaya kömək edir. Futboldu, alına da bilər, alınmaya da. Mövsümün əvvəlində "İnter"də oyunum alınmadı, daha sonra özümə gəldim. Fikrimi sırf futbola yönəltmətim köməyim oldu.
– Yenidən legioner həyatı yaşamaq fürsəti olsa, qəbul edərsən?
– "İnter" indi çətin vəziyyətdədi. Mövqeyimiz yaxşı deyil. İndidən bu barədə danışmaq istəməzdim. Əgə xarici klublarda təklif olsa, qəbul edə bilmərəm.





