Dünyanın 5 nömrəli raketka ustası Xuan Martin Del Potro Argentinada ilin ən yaxşı idmançısı seçilib. Futbolinfo.az xəbər verir ki, Fəxri mükafat uğrundan mübarizədə o, “Barselona”nın hücumçusu Lionel Messini qabaqlayıb.
 
Ötən il Leo ölkəsində ilin ən yaxşı idmançıları sırasında 3-cü yeri tutmuşdu. Bu il isə onun ilk pillədə qərarlaşacağı gözlənilirdi. Lakin Messi bu dəfə də fəxri mükafata sahib çıxa bilməyib.
 
Qeyd edək ki, Del Potro geridə qalan mövsümdə 4 turnirin – Rotterdam, Vaşinqton, Tokio, Bazel qalibi olub.
Shares: