Bu gün Topaz Premyer Liqasının 17-ci turunun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Bakı"nın təlim-məşq bazasının stadionunda paytaxtın eyniadlı komandası lider "Qarabağ"la qarşılaşır.
Bu görüşü izləyənlər arasında öncədən xəbər verdiyimiz kimi, yığmamızın baş məşqçisi Berti Foqts da var. Almaniyalı mütəxəssislə yanaşı "İnter"in baş məşqçisi Kaxaber Sxadadze də görüşü canlı izləyir. Birinci hissənin sonlarına yaxın arenaya gələn gürcü matçı ayaq üstə izləyir.
Qeyd edək ki, Sxadadzenin bu görüşü canlı izləməsi səbəbsiz deyil. Çünki "bankirlər" növbəti turda məhz "Qarabağ"la üz-üzə gələcək.





