"Xəzər Lənkəran"ın hücumçusu Etame Mbilla Türkiyənin "Adanaspor" klubunun ondan və klubundan FİFA və UEFA-ya şikayət etməsinə münasibət bildirib. Topaz Premyer Liqasının 17-ci turunda keçirilmiş "Rəvan"la oyundan sonra açıqlama verən qələbə qolunun müəllifi futbolinfo.az saytına müsahibəsində bunları söyləyib:
"Mənim "Adanaspor"la heç bor problemim yoxdu. Kim nə deyir, özü bilər. Mənim komandam "Xəzər Lənkəran"dı və mən bu komandanı düşünürəm".





