Bu gün Topaz Premyer Liqasının 17-ci turunun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Bakcell Arena"da son çempion "Neftçi" ilə əsas rəqiblərindən biri "Qəbələ" qarşılaşır.
 
Bu görüşdə meydan sahiblərinin azarkeşləri qonaq komandanın müdafiəçisi Elnur Allahverdiyevin ünvanına təhqiredici şüarlar səsləndiriblər. Uzun müddət davam edən bu şüarlara matçın sonlarında futbolçu da cavab vermək məcburiyyətində qalıb. Belədə azarkeşlər tribunanın meydana daha yaxın olan hissəsinə axışsa da, vəziyyətin daha da ağırlaşmasına imkan verilməyib.
Shares: