1-ci divizionun 14-cü turunda baş tutan "Neftçala" – "Araz Naxçıvan" qarşılaşmasından sonra nominal ev sahibi komandanın prezidenti Famil Səfiyev jurnalistlərə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, klub rəhbəri bunları dilə gətirib:
 
"Məğlub olmayan bir komandaya qalib gəldik. Gözəl qələbə oldu. Biz hakimliklə bağlı heç vaxt danışmamışıq, bu gün də danışmayacağıq. Çox maraqlı oyun keçdi. Qələbə münasibəti ilə bütün Neftçala əhlini təbrik edirəm".
Shares: