"Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyev müqavilə ilə məxsus olduğu "Xəzər Lənkəran"a qayıtmaq perspektivini müzakirə edib. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
"Hər şey məndən asılıdı. Mustafa Dənizli məni istədi, istəmədi Lənkərana qayıtmağıma özüm qərar verəcəm. Dənizli məni istəyə bilər. Amma özüm Qəbələdə qalmaq istəsəm,  onda necə olacaq? Pis çıxmasın, hər zaman iddialı klublarda oynamışam. Ən yaxşı illərim Lənkəranda keçib. Ancaq bu, futboldu. Mənə qarşı haqsızlıq etdilər. "Qəbələ" olmasaydı, qışa kimi futbolsuz qalmalı idim. Mən 6 ay futbolsuz qalsaydım, "Xəzər Lənkəran" məni qaytaracaqdı? "Bakı" ilə oyundan sonra seçimimi edəcəm. Heç vaxtilə məni "Xəzər Lənkəran"dan göndərəndə heç kim arxamda dayanmadı".
Shares: