"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun futbolinfo.az saytına müsahibəsi
– “Rəvan”la oyunda qalib gəldiz. 6 turdan sonra ilk qələbəniz idi. Bu qələbəni necə şərh edərdiz?
– Birinci hissədə daha yaxşı oynadıq. Qol da vurduq, hesabda önə keçdik. Amma ikinci hissədə rəqib bir az irəli atıldı. Biz də sanki özümüzdən asılı olmayaraq, müdafiəyə çəkildik. Əsas odu ki, 3 xalı qazandıq. Bu qələbəyə görə çox sevinirəm.
– Hesabdan razısız?
– Əsas olan qələbədi. Fərqi yoxdu ki, bu qələbəni neçə qolla qazanırsan. Qol epizodlarımız çox oldu. Sadəcə, istifadə edə bilmədik. Həmişəki kimi. 5 və ya 1 qolla olmasının fərqi yoxdu, əsas odu ki, qələbə olsun.
– Müdafiə xətti tez-tez səhvlərə yol verirdi…
– Stadionun vəziyyəti çox da yaxşı deyildi. Görürsən top üstünə gəlir, amma birdən istiqamətini dəyişir və biz də çaşırıq. Ona görə də problemlər yaranır. Çətinlik çəkirdik. İki gün bundan öncə stadion daha bərbad vəziyyətdə idi. Bu gün bir az gün çıxdı və düzəldi.
– Qarşıda “Sumqayıt”la oyun var. Bu oyunda da qələbə qazanacağınızı indidən demək olar?
– Yox, əvvəlcədən proqnoz vermək olmaz. Sadəcə, “Xəzər Lənkəran”ın artıq geriyə heç bir yolu yoxdu. Yalnız irəli getməliyik. Hazırda bizim üçün rəqibin kimliyi fərq etmir. Meydana 3 xal qazanmaq üçün çıxacağıq. Vəzifəmizin öhdəsindən gəlmək üçün əlimizdən gələni etməliyik.
– Kapitan Rahid Əmirquliyev növbəti oyunu buraxacaq. Bu, “Xəzər Lənkəran” üçün nə dərəcədə problem sayıla bilər?
– Rahid Əmirquliyev komandanın əsas futbolçularından biridi və kapitanıdı. Onun yoxluğu təbii ki, bizə problem yaradacaq. Çalışacağıq ki, kapitanımızın yoxluğunu hiss etdirməyək. 3 xal qazanmaq üçün əlimizdən gələni etməliyik. Mustafa Dənizli də bu oyunlarda maksimum xal qazanmağı qarşımıza vəzifə qoyub.
ELSEVƏR





