"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets İspaniya La Liqası haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, ölkə çempioantında "Barselona" kimi "Real" (Madrid) və "Atletiko"nun (Madrid) da çempionluq şanslarının eyni olduğunu bildirib:
"Birincilik uğrunda mübarizə aparan üç komanda var. "Barsa", "Real" və "Atletiko" eyni səviyyəli klublardı. Buna görə də şanslar bərabərdi".
Qeyd edək ki, hazırda La Liqada Kataloniya klubu və "Atletiko" 43 xalla zirvəni bölüşdürürlər. "Real" isə 38 xalla üçüncüdü.





