İngiltərənin "Liverpul" klubunun kapitanı Stiven Cerard komanda yoldaşı Luis Suares haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Suaresin dünənki oyunla dünyanın ən yaxşı futbolçusu olduğunu bir daha sübut etdiyini bildirib:
 
"Suarez hazırda karyerasının pik nöqtəsindədi. Dünyanın ən oyunçusu olduğunu sübut etdi. Bunu komanda yoldaşım olduğu üçün demirəm. O meydanda çox rəhmsiz biridi. Rəqib müdafiəçilərə hər zaman başağrısı olur. 90-cı dəqiqədə belə qol vurmaq haqda düşünür. Bu da onun səviyyəsindən xəbər verir".
 
Qeyd edək ki, "Tottenhem"ə 5:0 hesabı ilə qalib gələn "Liverpul"da iki dəfə rəqib qapısına yol tapan Suares həm də iki məhsuldar ötürmə ilə yadda qalmışdı.
Shares: