Bir neçə saat öncə istefaya göndərilən “Tottenhem”in baş məşqçisi Andre Villaş-Boaşın kreslosu “soyumamış” rəhbərlik onun yerinə namizədlər axtarmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, artıq Britaniya mətbuatı bir neçə mütəxəssisin adını bu London təmsilçisi ilə hallandırmağa başlayıb ki, bunlardan ən çox adıçəkiləni Rusiya millisinin baş məşqçisi Fabio Kapellodu.
 
İtalyan mütəxəssisin vaxtilə İngiltərə millisini çalışdırması “mahmızlar”ı bu cür seçim etməyə daha da yaxınlaşdırır.
 
Kapellonun xəbərə hansı reaksiyanı verəcəyi maraqla gözlənilir.
Shares: