Fransanın PSJ klubu Pol Poqba transferidə geri addım atmaq istəmir. Futbolinfo.az xəbər verir ki, Paris klubu "Yuventus"un yarımmüdafiəçisini heyətinə qatmaqda israrlıdı.
Fransızlar son olaraq “qoca sinyora”ya 50 milyon avro təklif etməyi planlaşdırır.
"Yuventus"la 2016-cı ilə müqaviləsi olan Poqba ilə Madridin "Real" klubu da yaxından maraqlanır. Futbolçunun hansı qərarı verəcəyi böyük maraq doğurur.
Qeyd edək ki, Poqba 2012-ci ildə "Mançester Yunayted"dən "Yuventus"a transfer olunub.





