Futbol üzrə Azərbaycan yığmasının və "Bakı"nın qapıçısı Kamran Ağayev bu gün mətbuata açıqlamasında adı T hərfi ilə başlayan bir nəfərin onu 6 ay futbolsuz qoyduğunu deyib. Futbolinfo.az xəbər verir ki, Ağayev həmçinin o insanı utandırmaq istədiyini söyləmişdi.
 
Həmin şəxsin kimliyi dəqiq açıqlanmasa da, hər kəsin ağlına ilk növbədə bunun "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov olduğu gələ bilər. Axı Ağayev məhz "Xəzər Lənkəran"dan getdikdən sonra uzun müddət klubsuz qaldı və futbol oynamadı.
 
“Xəzər Lənkəran”ın vitse-prezidenti isə saytımıza açıqlamasında Ağayevin sözlərinə münasibət bildirmək istəməyib: "Düşünmürəm ki, Kamran Ağayev məni nəzərdə tutub. Əgər kimsə məni nəzərdə tutub belə söz deyirsə, adımı çəksin. Kim adımı çəkib, nəsə desə, onda cavabını alar. İndiki halda nəsə deməyimə ehtiyac yoxdu”.
Shares: