Fransa Liqa Kubokunda 1/8 final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 1 görüş baş tutub.
 
"Nant" "Oser"lə üz-üzə gəlib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Qələbə qolunu vurmağı bacaran "Nant" 1/4 finala vəsiqə qazanan ilk komanda olub.
 
Mərhələnin digər oyunları bu gün keçiriləcək.
 
Fransa Liqa Kuboku
1/8 final
17 dekabr
 
Nant – Oser – 1:0
 
18 dekabr
 
20:00. Olimpik (Lion) – Reyms
21:45. Nitsa – Soşo
23:55. Evian – Bastiya
23:55. Olimpik (Marsel) – Tuluza
23:55. PSJ – Sent Etyen
23:55. Renn – Bordo
23:55. Troya – Tur
Shares: