Futbol üzrə İngiltərə Liqa Kubokunda 5-ci mərhələyə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.
 
Bir oyundan ibarət bu mərhələdə "Mançester Siti" səfərdə "Leyçester Siti"yə qalib gələrək mərhələ adlayıb. "Çelsi" isə "Sanderlend"lə üz-üzə gəlib. Tərəflər 90 dəqiqənin tamamında qalib müəyyənləşdirə bilmədiyindən əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda daha bir qol vuran "Sanderlend" "Çelsi"ni kubokdan kənarlaşdırıb.
 
Digər oyunlar bu gün baş tutacaq.
 
İngiltərə Liqa Kuboku
5-ci mərhələ
17 dekabr
 
Leyçester Siti – Mançester Siti – 1:3
Sanderlend – Çelsi – 2:1 (əlavə vaxtda)
18 dekabr
 
23:45. Stok Siti – Mançester Yunayted
23:45. Tottenhem – Vest Hem
Shares: