21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Düsseldorf “Fortuna”sının hücumçusu Toğrul Erat zədələnib. Futbolinfo.az xəbər verir ki, yığmamızın üzvü "Enerji Kotbbus"la oyunda yüngül zədə alıb.
Erat artıq tibbi müayinədən keçib. Futbolçumuzun vəziyyətinin yaxşı olduğu bildirilir. O, "Köln"lə oyunda meydana çıxa biləcək.





