"Liverpul" rəhbərliyi komandanın bir nömrəli qolçusu Luis Suaresi heyətdə saxlamaq üçün işlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, mersisaydlar artıq oyunçu ilə ilk danışıqlarını keçirib.
 
Klub uruqvaylı hücumçu ilə müqaviləni 2016-ci ilə qədər uzatmağı planlaşdırır. Əgər Suares komandasının bu təklifini qəbul edərsə, həftəlik 100 min funt qazanacaq. Bu isə onun klubun ən çox qazanan futbolçusu edəcək.
 
Qeyd edək ki, Suares bu mövsüm premyer-liqada 12 matçda 17 qol vurub.
Shares: