"Real" (Madrid) klubunun müdafiəçisi Rafael Varan yanvarda ölkəsinə qayıda bilər. Futbolinfo.az xəbər verir ki, stopperin karyerasını Fransa çempionatında davam etdirmə ehtimalı var.
 
"France Football"un xəbərinə görə, 20 yaşlı futbolçu ilə PSJ klubu yaxından maraqlanır. Paris təmsilçisi gələn ay gənc futbolçu ilə danışıqlara başlamaq niyyətindədi. "Real"ın əsas heyətindən kənarda qalan fransız futbolçunun da vətəninə qayıtmaq istədiyi bildirilir.
 
Qeyd edək ki, Varan 2011-ci ildə "Lans"dan "Real"a transfer olunmuşdu.
Shares: