FİFA dünyanın futbol üzrə yığma komandalarının növbəti reytinq cədvəlini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 2013-cü il üçün sonuncu reytinq siyahısında Azərbaycan millisi irəliləyişə nail olub.
Belə ki, 1 pillə önə keçən Berti Foqtsun çalışdırdığı komandamız hazırda 94-cü yerdə qərarlaşıb. Daha doğrusu komandamız 94-cü pilləni 3 pillə irəliləyən Estoniya ilə bölüşür. Sonuncu dəfə noyabrın 28-də açıqlanan reytinq siyahısının dərc olunmasından sonra heç bir oyuna çıxmayan yığmamızın hesabındakı xal dəyişməz qalıb – 363 xal. Estoniya da eyni xala malikdi.
Qeyd edək ki, reytinq siyahısına 1507 xala malik İspaniya başçılıq edir. Almaniya (1318) ikinci, Argentina (1251) üçüncüdü.
Növbəti reytinq cədvəlinin açıqlanacağı tarix məlum deyil. Çünki FİFA hələ 2014-cü il üçün reytinq siyahılarını açıqlayacağı tarixləri müəyyənləşdirməyib.





