Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinin cavab oyunlarına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son oyun günündə daha 4 görüş baş tutub.
"Espanyol" "Real Xaen" üzərindəki inamlı qələbə sayəsində növbəti mərhələyə adlayıb. "Rayo Valekano" "Valyadolid"dən üstün olub. "Valensiya" "Ximnastik"ə qalib gəlibsə, "Atletik" də "Selta"nı məğlub yola salıb. Bu nəticələrdən sonra "Espanyol"la yanaşı "Rayo Valekano", "Valensiya" və "Atletik" də adını növbəti mərhələyə yazdırıb.
İspaniya Kuboku
1/16 final (cavab oyunları)
17 dekabr
Elçe – Vilyareal – 0:1 (ilk oyun – 2:2)
Xetafe – Qirona – 4:1 (1:1)
Levante – Rekreativo – 4:0 (0:1)
Osasuna – Malaqa – 1:1 (3:3)
Barselona – Kartagena – 3:0 (4:1)
Qranada – Alkorkon – 0:2 (penaltilərlə – 4:5) (2:0)
18 dekabr
Almeriya – Las Palmas – 0:0 (3:1)
Atletiko – Sant Andreu – 2:1 (4:0)
Betis – Lleyda Esportiu – 2:2 (2:1)
Real Sosyedad – Algekiras – 4:0 (1:1)
Real – Olimpik Xativa – 2:0 (0:0)
Sevilya – Santander – 0:2 (1:0)
19 dekabr
Espanyol – Real Xaen – 2:0 (2:2)
Rayo Valekano – Valyadolid – 3:1 (0:0)
Valensiya – Ximnastik – 1:0 (0:0)
Atletik – Selta – 4:0 (0:1)





