Xəbər verdiyimiz kimi Şəmkir Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmadığını səbəb gətirən PFL yerli komandanın "Turan-T" ilə ev oyununun yerini dəyişib. Futbolinfo.az xəbər verir ki, matçın Tovuza salınması isə qarşı tərəfi hiddətləndirib.
 
Futbolçular hətta buna görə qarşıdakı oyunda meydana çıxmaq istəməyiblər. Onlar qazonun durumunun qənaətbəxş olduğunu hesab edərək, bunu bahənə hesab ediblər. Bəs görəsən, idman qurğusunun or örtüyünün vəziyyəti doğrundamı çox pisdi? Bəlkə, şəmkirli oyunçular düz deyirlər.
 
Əldə etdiyimiz məlumata görə, or örtüyü qış mövsümünə uyğun vəziyyətdədi. Yəni havaların soyuq olması səbəbi ilə ot saralıb. Amma birinci divizionda süni meydançası olan 1-2 klubu çıxmaq şərtilə demək olar ki, komandaların əksəriyyəti məhz bu cür meydanda çıxış edir. Bunu nəzərə alaraq yerli azarkeşləri futbolsuz qoymamaq üçün elə Şəmkirdə oynamaq olardı.
 
Məsələyə rəsmi münasibəti öyrənmək üçün Şəmkir Olimpiya İdman Kompleksinin direktor müavini Mahir Şirinovla əlaqə saxladıq: "Əgər mütəxəssislər belə qərar veribsə, deməli ot örtüyünün vəziyyəti futbol oynamaq üçün yararsızdı. Mən belə düşünürəm. Hazırda qış dövrüdü, şaxta qazonu dondurub".
 
Aldığımız digər informasiyaya əsasən isə Şəmkirə meydana baxış və yoxlanış üçün heç gələn olmayıb. Yalnız telefon vasitəsi ilə danışıqlardan sonra PFL qərar qəbul edib. Mahir müəllimin də açıqlamasından da bunu tutmaq elə də çətin deyil. "Gələnlər kim idi"
 sualına Şirinov belə cavab verdi: "Stadiona Bakıdan gəlib baxıblar, mən rayon mərkəzində idim, bilmədim kimlər idi. Mən gələnə kimi getmişdilər. Adlarını da bilmirəm. Mən onları görə bilməmişəm. Lazımdırsa, zəng edin AFFA-dan öyrənin".
Shares: