Bu gün Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində autsayder "Sumqayıt" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, bu matçda qonaqların qapısını ikinçi qapıçı Elçin Sadıqov qoruyacaq.
 
Buna səbəb komandanın əsas qapıçısı Anar Nəzirovun gözlənilmədən "kimyaçılar"ın düşərgəsini tərk etməsidi.
 
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov saytımıza açıqlamasında qapıçının komandanın düşərgəsini tərk etməsinə belə aydınlıq gətirdi: "Anarın atasının vəziyyəti yaxşı deyil. Anidən atasının halı pisləşdiyi üçün xəstəxanaya aparıblar. Bunun üçün Anar Bakıya qayıtmağa məcbur oldu".
Shares: