İngiltərə Premyer Liqasında çətin günlər keçirən “Kardiff”in sahibi Vinsent Tan günahı baş məşqçidə görür. Futbolinfo.az xəbər verir ki, o, Malki Makkeyi işdən azad etmək fikrindədi. 2 gün əvvəl şotland mütəxəssisə elektron məktub göndərən Tan onun istefa verməsini tələb edib.
Malayziyalı biznesmen Makkeyin qış “transfer pəncərəsi” zamanı güclənməyə ehtiyac duyduqlarını söylədiyini bəyənməyib. Tan mütxəssisin istefa verməyəcəyi təqdirdə onu qovacağını bildirib.
Qeyd edək ki, baş məşqçi qovularsa klub ona 3 milyon funt təzminat ödəməlidi.





