“Yuventus” klubu ilə təcrübəli futbolçu Andrea Pirlo arasında yeni müqavilə məsələsində yaşanan çətinliyin səbəbi üzə çıxıb. Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu yeni sözləşmədə maaşının daha 500 min avro artırılmasını istəyir.
 
Pirlonun hazırkı sözləşməsi yayda qüvvəsini itirəcək. Rəhbərlik və baş məşqçi Andrea Konte futbolçunu komandada saxlamaq istəyir.
 
Hazırda ilə 3.5 milyon avro qazanan Pirlo klubdan 4 milyon avro məvacib istəyir.
Shares: