İngiltərənin "Liverpul" klubu Luis Suareslə yeni müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, uruqvaylı ulduzun anlaşmasının müddəti 4,5 il uzadılıb.
 
İngiltərə mətbuatının məlumatına görə, Suares bu mövsüm həftədə 160 min funt-sterlinq maaş alacaq. Gələn mövsümdən etibarən isə bu məbləğ 200 minə qalxacaq.
 
Yeni müqavilə imzalayandan sonra açıqlama verən Suares bunları söyləyib: "Çox xoşbəxtəm ki, uzun illər "Liverpul" formasını geyinəcəm. Güclü heyətimiz var və bu forma ilə bir çox uğuru qazanmağa hazırıq".
 
Qeyd edək ki, Suares 2011-ci ildən "Liverpul"un şərəfini qoruyur.
Shares: