"Xəzər Lənkəran" "Neftçi"nin futbolçusunu heyətinə qatmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bu, mövsümün ilk iki dövrəsini icarə əsasında "Sumqayıt"da keçirmiş Slavik Alxasovdu.
Cənub klubunun baş məşqçisi Mustafa Dənizli U-21 millimizin və "Neftçi"nin müdafiəçisini komandasında görmək istəyir. Bu xəbəri dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi saytımıza açıqlamasında məlumatı təsdqilədi:
"Bəli, Mustafa Dənizli Slavik Alxasovu sərəncamında görmək istəyir. Amma bu transferin baş tutub-tutmayacağını deyə bilmərəm".





