Junior Nildo və Zoahir Benuahinin “Xəzər Lənkəran”dan ayrılması ləngiyə bilər. Futbolinfo.az xəbər verir ki, son günlər cənub klubuna AZAL-dan keçmiş bu cütlüyün Mustafa Dənizli tərəfindən istənilmədiyi haqda xəbərlər dolaşır. Amma indi bəlli olur ki, bu, hələlik Lənkəran klubunun baş məşqçisinin son qərarı deyil.
Müqaviləyə görə, Nildo 2015-ci ilin yayına kimi “Xəzər Lənkəran”a məxsusdu. Muqavilənin şərtlərinə görə, Nildo istəsə, razılaşdırılmış məbləği ödəyərək sərbəst futbolçu status ala bilər, klub isə Nildo ilə müqaviləni birtərəfli qaydada poza bilməz. Hətta əksinə, hazirda iki Premyer Liqa təmsilçisi Nildo ilə maraqlanir. Hücumçu bu dəqiqə Lənkəran klubu ilə yollarını ayirsa, bəlkə də daha sərfəli müqaviləyə imza ata bilər.
Benuahiyə gəlincə, bu futbolçunun da azı yaya kimi indiki komandasında qalması gözlənilir.





