"Borussiya" (Dortmund) klubunun türk əsilli futbolçusu İlkay Günoğana Avropa nəhənglərindən təkliflər gəlməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, Madrid "Real"ından sonra indi də “Arsenal" və "Mançester Yunayted" klubları da yarımmüdafiəçi ilə yaxından maraqlanmağa başlayıb.
 
Hər iki komanda türk əsilli futbolçunun transferinə 30 milyon avro xərcləməyə hazırdı. Lakin "Borussiya" hələlik gələn təkliflərə münasibət bildirməkdə tələsmir. Çünki Dortmund təmsilçisi Gündoğanı daha yüksək məbləğə satmaq niyyətindədi.
 
Qeyd edək ki, 23 yaşlı futbolçu 2011-ci ildən "Borussiya"nın şərəfini qoruyur.
Shares: