"Barselona"nın zədəli ulduzu Lionel Messi son durumu haqda açıqlama verib. Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçu sosial şəbəkələrin birində özünü çox yaxşı hiss etdiyini yazıb:
 
"Özümü çox yaxşı hiss edirəm. Barselonaya geri dönmək üçün gün sayıram. Yeni ili məmləkətim Rosarioda qeyd edəcəm və o zamana kimi burada hazırlıqlarıma davam edəcəm".
 
Qeyd edək ki, Messi noyabrın 10-u "Betis"lə matçda zədələnmiş və müalicə üçün vətəni Argentinaya yollanmışdı. Onun yanvarın 2-də komanda ilə birgə məşqlərdə iştirak edəcəyi gözlənilir.
Shares: