Yunanıstanın “PAS Yanina” klubunun argentinalı hücumçusu Kristian Çaves milli çempionatımızda peyda ola bilər. Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, “Napoli”nin 26 yaşlı sabiq hücumçusuna Argentina, Ukrayna və Azərbaycan klubları göz dikib.
Çavesin vətəninə dönüşü ehtimal edilsə də, onun Ukrayna və ya Azərbaycan klublarının birində karyerasını davam etdirməsi daha inandırıcı görünür.





