"Atletiko"nun (Madrid) aparıcı futbolçusu Koke “Bavariya”nın maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, ispaniyalı yanvardan bundesliqada çıxış edə bilər.
 
Münhen təmsilçisinin baş məşqçisi Xosep Qvardiola gənc yarımmüdafiəçini komandasına görmək istəyir. Artıq bu məqsədlə Madrid klubuna təklif göndərilib. "Bavariya" Kokenin transferi üçün futbolçusu Xerdan Şaqiri və yüsək məbləğdə pul təklif edir.
 
Kokenin mövqesində alternativ oyunçu olmadığından "Atletiko"nun təklifə müsbət cavab verəcəyi gözlənilmir.
Shares: