"Qarabağ" uzun müddətdi ki, Bakının Nizami rayonunun ərazisində yerləşən "Ruslan-93"də məskunlaşmışdı. Yeni ildən isə "Qarabağ" Suraxanıda yeni istifadəyə veriləcək bazasına köçəçək.
Bu barədə futbolinfo.az saytına klubun mətbuat xitmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib:
"Komanda yanvar ayının 7-nə kimi istirahətdədi. Futbolçular istirahətdən qayıdan kimi birbaşa Antalyaya yollanacaqlar. Ayın axırında "Ruslan-93"-dən çıxacağıq. Yanvarın əvvələrində isə yeni bazamıza köçəçəyik. Komanda da Antalyadan qayıtdıqdan sonra yeni bazaya gələcək. Baza, ofis, otel hissəsi artıq hazırdı. Orada oyun üçün bir, iki dənə isə köməkçi meydança olacaq. Stadionumuz tam hazır olduqdan sonra oyunlarımızı burada, Suraxanıda keçirəcəyik".





