Rusiya Futbol Federasiyası (RFF) ölkə millisinin baş məşqçisi Fabio Kapello ilə müqaviləni yeniləyəcəyi tarixi müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, ölkənin idman naziri Vitali Mutko "Rusiya 24" telekanalına açıqlamasında italiyalı mütəxəssislə yeni ildən sonra müqavilə imzalanacağını deyib.
O, Kapello ilə sözləşmənin bütün şərtlərində razılığa gəlindiyini deyib.
Qeyd edək ki, Kapello 2012-ci ildən Rusiya yığmasını çalışdırır.





