Radomir Todorovun qış fasiləsində “Xəzər Lənkəran”dan ayrılacağını xəbər vermişdik. Futbolinfo.az saytının bu xəbəri doğrulub. Klubun rəsmi saytı bolqar futbolçu ilə yolların ayrıldığını rəsmən açıqlayıb:
“Xəzər Lənkəran” qış fasiləsi dönəmində daha bir futbolçu ilə yollarını ayırıb. Komandamızın bolqarıstanlı müdafiəçisi Radomir Todorovla bu il başa çatan müqavilə yenilənməyib. Baş məşqçimiz Mustafa Dənizlinin istəyinə uyğun olaraq müqaviləsi yenilənməyən Todorova “Xəzər Lənkəran”dakı xidmətlərinə görə təşəkkür edir, bundan sonrakı karyerasında klubumuz adından uğurlar arzulayırıq”.





