Karyeralarını başa vurmuş məşhur futbol ulduzları ənənələrinə sadiq qalaraq xeyriyyə tədbirlərinə davam edir. Futbolinfo.az xəbər verir ki, söhbət Ronaldo Luis Nazario və Zinəddin Zidanın təşkil etdiyi xeyriyyə matçından gedir.
 
Braziliyalı və fransalı keçmiş ulduzlar gələn 11-ci dəfə ənənəvi matç təşkil edərək əldə olunan gəliri yoxsulluqdan əziyyət çəkənlərə bağışlayacaq.
 
Həmişə olduğu kimi bu oyunda da dünya futbolunun keçmiş və hazırda top qovan ulduzları meydana çıxacaq.
 
Oyunun martda İsveçrədə təşkil olunması nəzərdə tutulub. Bu dəfə qarşılaşmadan əldə olunan gəlir Fillipində təbii fəlakətdən zərərçəkən insanlara veriləcək.
Shares: