“La Gazetto Dello Sport”dan sonra İspaniyanın "Marca" qəzeti də ilin rəmzi yığmasını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, iki nəşrin seçimləri arasında xeyli fərq olduğu nəzərə çarpır.
İki qəzet yalnızca Kriştianu Ronaldo, Flip Lam, David Alaba və Frank Riberi barəsində ortaq qərar verib. Qalan 7 futbolçu tam fərqli olub. 300 min futbolsevərin qatıldığı səsvermə zamanı Madrid "Real"ının hücumçusu Ronaldo 230 min səslə hamını qabaqlayıb.
Qapıçı: Viktor Valdes ("Barselona")
Müdafiəçilər: Filipp Lam, David Alaba (hər ikisi "Bavariya"), Serxio Ramos ("Real" Madrid), Tyaqo Silva (PSJ)
Yarımmüdafiəçilər: Xabi Alonso ("Real" Madrid), Frank Riberi (Bavariya), Andres İnyesta (Barselona).
Hücumçular: Kriştianu Ronaldo ("Real" Madrid), Lionel Messi (Barselona), Zlatan İbrahimoviç (PSJ)





