Hər il olduğu kimi, "Qarabağ" ilin ən yaxşılarını seçib. Futbolinfo.az xəbər verir ki, ənənəvi olaraq, sorğuya klubun idarə, texniki və inzibati heyəti qatılıb.
 
Bu səsvermə bir qədər standardlardan fərqlənir. 2013-də meydana çıxan 20 futbolçunun seçilmə imkanı vardı (2013-ün ilk yarısında "Qarabağ"da çıxış edənlər səsverməyə daxil edilməyib). Öncədən müəyyənləşmiş 20 futbolçu 20 ballıq şkalayla qiymətləndirilirdi. Yəni, 20-ə qədər xal 20 futbolçu arasında paylaşdırılmalıydı. Klubun direktoru Emrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alınıb. Maraqlıdı ki, ötən illərə müqayisədə bu dəfə qalib böyük fərqlə qələbə qazanıb. Gözlənildiyi kimi, "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Reynaldo klub çalışanlarının rəğbətini qazanaraq ilin ən yaxşısı seçilib. Rekord səslə birinci olan 24 yaşlı futbolçu 1 istisna ilə hərkəsdən maksimum xal alıb. Reynaldo 2008-ci ildən keçirilən  sorğuda Admir Teliden sonra il sonunda klub çalışanlarının rəğbətini qazanan 2-ci əcnəbi oldu.
 
2-ci və 3-cü yerlər arasında isə ciddi mübarizə qeydə alınıb. Ötən il 3-cü olan Riçard Almeyda 2-ciliyi sadəcə 2 xalla Rəşad Sadıqovu qabaqlamaqla əldə edib. İlk 5-liyi isə ötən ilin qalibi Vüqar Nadirovla Qara Qarayev tamamlayıb.
 
Bütün qaliblər
2008 – Maksim Medvedev
2009 – Vaqif Cavadov
2010 – Rauf Əliyev
2011 – Admir Teli
2012 – Vüqar Nadirov
Shares: