"Qalatasaray"ın holland ulduzu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau Hollandiya mətbuatına yataq sirrlərindən danışıb. Futbolinfo.az xəbər verir ki, aktrisa əri ilə bağlı bunları deyib:
 
"Ona güvənim sonsuzdu. Amma gələcəkdə nələrin baş verəcəyini indidən demək olmaz. Ueslinin məni heç bir zaman aldatmayacağını iddia edə bilmərəm. Yataq otağında olduqca rahatıq. Bəzi qadınlar yataqdan çılpaq çıxmağa cəsarət edə bilmir. Ya da bunu sadəcə işıqlar sönəndən sonra edə bilirlər. Mənim isə bununla bağlı heç bir problemim yoxdu. Birlikdə keçirdiyimiz zamanın kefini çıxarırıq. Məncə, bu ailə həyatında önəmli məqamdı".
Shares: