"Beşiktaş"ın problemləri bitməyən futbolçusu Manual Fernandes rəsmən "Beşiktaş"dan ayrılır. Futbolinfo.az xəbər verir ki, Super Liqada sabah "Gənclərbirliyi" ilə oynanılacaq matçın heyətinə girə bilməyən portuqaliyalı ölkədən birdəfəlik getmək qərarına gəlib. Bu gün təlim-məşq bazasına gəlib əşyalarını yığan Fernandesin 10 çanta ilə ayrıldığı deyilir.
"Beşiktaş"a 2010/11 mövsümündə transfer olunan Manuel qısa müddətdə "ağ-qaralar"ın sevimlisinə çevrilmişdi. Müqaviləsi mövsüm sonunda bitəcək olan Fernandesin İstanbul klubu ilə yeni sözləşmə imzalamamasının səbəbi də bu imiş. Həm kapitanlığı qəbul etməyən, həm də çıxışındakı stabilliyi itirən Fernandes "Kasımpaşa" ilə matçdan sonra "qara qartal"la bütün bağlarını qoparmışdı.
Rusiyadan təkliflər alan oyunçunun bu komandalarla görüşmək və tətil üçün Türkiyədən ayrılır. Yeni ildə qətiyyən Türkiyəyə dönməyi düşünməyən Fernandes böyük ehtimalla karyerasına Rusiyada davam edəcək. Bir neçə gün içində ölkədən ayrılacaq olan futbolçu 1 ildən çoxdu ki, millinin də formasını geyinə bilmir. "Beşiktaş"ın Rusiya klublarıyla görüşəcəyi və 2,5 milyon avro qarşılığında onun gedişinə icazə verəcəyi gözlənilir.





