Mövsümün sonunda Viktor Valdesin "Barselona"dan ayrılacağını açıqlaması və hələ də onun yerinə futbolçu tapılmaması rəhbərliyi əməlli-başlı təşvişə salıb. Futbolinfo.az xəbər verir ki, klub prezidenti Sandro Rosell transfer komitəsinə bu işlə xüsusi maraqlanması üçün göstəriş verib.
Rəsmilər isə çox uzağa getmək lazım olmadığını, Madrid "Atletiko"sunun qapıçısı Tibo Kurtuanın Valdesiin yerinə ən layiqli namizəd olduğunu bildirib. Qolkiper Madrid klubunda icarə əsasında çıxış etdiyindən, “Barsa” Kurtuanı almaq üçün “Atletiko” ilə deyil, məhz “Çelsi” ilə təmasa keçməli olub. Amma London təmsilçisi bu təklifi etirazla qarşılayıb.
Qeyd edək ki, Kurtua 3 mövsümdü ki, Madrid klubunda icarə əsasında forma geyir.





