Türkiyənin "Beşiktaş" klubu "Kasımpaşa" ilə ortaq şəkildə istifadə etdiyi "Olimpiya" stadionundan ayrılmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, hazırda yeni arenanın inşasına davam edən "qara qartal" mövsümün ikinci dövrəsində ev oyunlarını "Fənərbaxça"nın "Şükrü Saracoğlu" stadionunda keçirmək niyyətindədi.
Bunun üçün qarşı tərəflə yayda da təmasa keçən rəhbərlik məntiqi nəticə əldə edə bilməmişdi. Lakin “ağ-qaralar” şansını yenidən yoxlamaq istəyir.
Qeyd edək ki, “Beşiktaş”ın yeni “İnönü” stadionu 2015-ci ildə hazır olacaq.





