Qurban Qurbanov bir neçə gün öncə mətbuata açıqlamasında komandada olan bir neçə gənc futbolçunu icarəyə göndərmək istədiklərini bildirmişdi. Lakin hələ ki, Ağdam klubunun heç bir futbolçusu icarəyə verilməyib.
Yay təlim-məşq toplanışında komanda ilə Antalyada hazırlıq keçən Toğrul Bilallı, Bilal Abbaszadə və s. hazırda əvəzedici heyətdədilər. Onların qış təlim-məşq toplanışına gedib-getməyəcəyi maraqlıdı. Bununla bağlı gənc müdafiəçi Bilal Abbaszadənin fikirlərini öyrəndik. Gənc futbolçu Futbolinfo.az saytına açıqlamasında bunları dilə gətirib:
"Keçən təlim-məşq toplanışında əsas komanda ilə birgə Türkiyəyə getmişdim. Bu dəfə necə olacaq bilmirəm. Qərarı Qurban Qurbanov verəcək. İcarədə oynayacağıma gəlincə isə təklif yoxdu. Əgər təklif olsa da, yenə son sözü baş məşqçimiz deyəcək".





